“Dəmir yumruqla qazanılan zəfər” adlı layihə çərçivəsində sosial çarxlar təqdim olunub – VİDEO Hadisə

“Dəmir yumruqla qazanılan zəfər” adlı layihə çərçivəsində sosial çarxlar təqdim olunub – VİDEO

Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi “Dəmir yumruqla qazanılan zəfər” adlı layihə həyata keçirilib.

Layihənin əsas məqsədi 44 gün ərzində qazanılmış zəfər müharibəsinin təbliğ olunmasından ibarətdir. Qazandığımız tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Müzəffər Azərbaycan Ordusu və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, əzmkarlığı sayəsində bizlərə bu tarixi günlərə şahid olmaq, qələbənin qürunu yaşamaq nəsib oldu. Şanlı qələbəmizin təbliğ olunması, gələcək nəsillərə ötürülməsi istiqamətində işlər həyata keçirmək isə vətəndaş cəmiyyəti olaraq əsas vəzifəmizdir. Bu vəzifəmizdən irəli gələrək layihə çərçivəsində qələbəmizin əbədiləşməsi, şəhidlərimizin xatirəsinin yaşadılması, doğma yurdumuza qayıdışı təbliğ edən üç sosial-çarx hazırlanıb.
“Biz qayıtdıq yurdum”, “Biz Sizinləyik” və “Nə gözəl şəhid olub, ana” adlı sosial çarxları Vətən müharibəsinin iştirakçısı peşəkar rejissor və ssenarist İlham Tumas ərsəyə gətirib.
Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihənin tərəfdaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir.