Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
22 Aprel 2021 09:18
2 954
Bakı Ali Neft Məktəbinin (BANM) “SPE BHOS” komandası Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən təşkil edilən beynəlxalq “Petrobowl” yarışının regional turunun qalibi olub.
BANM-dan Trend-ə verilən məlumata görə, yarış Xəzər və Rusiya regionunu əhatə edib. Ümumilikdə, yarışda 22 komanda iştirak edib. Azərbaycandan Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Xəzər Universiteti də regional yarışda təmsil olunub.
Birinci yerə çıxan “SPE BHOS” komandasının üzvləri Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Toğrul Tahirov, Kənan Məmmədov, Rəhimə Abbasova, Elnur Əskərov və Xalid Orucovdur.
Beləliklə, BANM-in komandası bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək SPE-nin illik texniki konfransı və sərgisi çərçivəsində “Petrobowl” yarışının finalına vəsiqə qazanmış olub.
Qeyd edək ki, beynəlxalq "PetroBowl" yarışması Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin tələbələrin inkişafı üzrə həyata keçirdiyi proqramlardan biridir. Bu yarışmada tələbələr komanda şəklində iştirak edirlər. Yarışma bir neçə mərhələdən ibarət olur və hər bir mərhələdə iştirakçı komandalar texniki və qeyri-texniki suallara cavab verirlər. Yarışma 2002-ci ildən bəri öz miqyasına və populyarlığına görə seçilir. 2015-ci ildə yarışmanın 6 regionda təşkil olunması ilə onun beynəlxalq statusu təmin olunub.
"PetroBowl" Çempionatı hər il beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir və səkkiz regiondan səkkiz komanda bu yarışda iştirak edir. Regionlardan hansı komandanın beynəlxalq yarışa vəsiqə qazanacağı "PetroBowl" Regional Çempionatında müəyyən edilir.
25 Sentyabr 18:21
1 113
25 Sentyabr 17:17
840
25 Sentyabr 17:16
798