“Dövlət qulluqçuları dövlətin simasıdır”
22 İyun 18:44
28 Aprel 2021 12:03
2 709
Avtobusların istismar bazasının olması onların saxlanması üçün əsas amillərdən biridir.
APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2015-ci ilə qədər qarajlar bərbad vəziyyətdə idi, bir çox daşıyıcılar avtobusları yol kənarında saxlayırdı, sürücülərin tibbi yoxlanışı olmurdu, əmək müqaviləsi ilə işləmirdi: “İctimai nəqliyyat əsas ictimai xidmətlərdən biridir. Bura gətirilən avtobuslar son beynəlxalq tələbələrə cavab verdiyinə görə 10-15 ilə qədər öz qiymətini doğrulda bilər. Amma burada əsas məqsəd əhalinin əsas sosial qisminin rahat nəqliyyata təmin olunmasıdır. BNA-nın tələbi ilə qaraj infrastrukturu düzəlib, sayı 36-ya çatıb. Bunlardan 11-i standartlara uyğundur, onlardan 9-u dövlət, ikisi daşıyıcı şirkətlərə aiddir, digərlərinin yaxşılaşması üçün də işlər görülür”.
22 İyun 20:18
994
22 İyun 17:49
1 120
22 İyun 17:11
1 253