29 Oktyabr 23:45
29 Oktyabr 23:30
5 May 2021 14:05
4 011
"Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur".
APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək: “Küləyin maksimal sürəti arabir 30-35 metr/saniyəyə çatacaq. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir. Səhər mülayim cənub küləyi ilə əvəz olunacaq".
G. Məmmədova qeyd edib ki, bölgələrdə gün ərzində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək: "Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə isə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Ayın 6-sı səhər saatlarından yağıntının tədricən azalacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir”.
29 Oktyabr 17:16
1 015
29 Oktyabr 15:14
1 274
29 Oktyabr 14:26
1 274