Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
17 May 2021 10:43
2 324
Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin və məlumatların siyahısına dəyişiklik edilib.
APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün əmək kitabçasının surəti və fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti tələb olunacaq.
Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunub.
Nazirlər Kabinetinin qərarına əsasən isəbu təqaüdün verilməsi üçün tələb olunan sənədlər müəyyənləşib.
25 Sentyabr 18:21
1 169
25 Sentyabr 17:17
896
25 Sentyabr 17:16
854