4 Noyabr 15:45
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Paşinyanın "Real Ermənistan" kursu nəyə xidmət edir? -Azərbaycanlı politoloqun ŞƏRHİ
Azərbaycanda 2026-2029-cu illər üzrə proqnozlaşdırılan yaşayış minimumu açıqlanıb
Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır
25 May 2021 17:47
2 030
“Azəriqaz” İstehsalat Birliyinin 4 əməkdaşına xəsarət yetirilib.
Qurumdan Trend-ə verilən məlumata görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən ərazisində baş verib.
"Azəriqaz" əməkdaşları xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb. Onların arasında qrup rəhbəri kimi çalışan İlkin Əzizov daha çox xəsarət alıb. Abonentə onun evinin yanından keçən yeraltı qaz xəttində Birliyin vəsaiti hesabına təmir işləri aparılacağı bildirilib. Bundan başqa, həmin həyətdən keçən qaz xəttində qanunsuz birləşmə aşkarlanıb. Görüləcək işlərə mane olan Elnur Əliyev adlı şəxs Birliyin əməkdaşlarına hücum edib. Baş verənlərlə bağlı cinayət işi açılıb.