Qısa müddətdə əldə edilən nailiyyətlər Hadisə

Qısa müddətdə əldə edilən nailiyyətlər

Emin HƏSƏNLİ

Silahli Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri

Bu gün Silahlı Qüvvələrlə cəmiyyət arasında münasibətlərin tənzimlənməsində, ordu bölmələri üçün müxtəlif ixtisaslar üzrə çağırışçıların hazırlanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mühüm rolu var. 2012-ci ilin 13 fevral tarixində Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir. Artıq cəmiyyətdə qəbul olunur ki, Xidmətin yaradılması zamanın tələbi idi. Müasirləşən və dəyişən dünyada yeni tələbləri qarşılamaq üçün islahatların zaman-zaman, ardıcıl həyata keçirilməsi strukturların fəaliyyətini stimullaşdıran faktordur.
Qurumun fəaliyyətində hərbi xidmətə hazırlaşan çağırışçılarla iş və vətən qarşısında borcunu yerinə yetirərək mülki həyata qayıdan gənclər arasında təbliğat xarakterli işlərin ararılması da mühüm yer tutur. Məlumdur ki, hərbi xidməti başa vuraraq mülki həyata qayıdanlar müəyyən müddət adartasiya dövrü keçməlidirlər. Bunun üçün müvafiq qurumların üzərinə müəyyən işlər düşür. Son dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu istiqamətdə bir çox tədbirlər həyata keçirib. Xidmət yerli icra hakimiyyəti və "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyi ilə birgə, hərbi xidmətdən qayıdan gənclərlə Qaradağ, Nizami, Nərimanov, Binəqədi, Xətai rayonunda görüşlər gerçəkləşdirib. Bu görüşlər zamanı rayon ictimaiyyətin nümayəndələri hərbi xidmətdən qayıdan gənclərlə bir başa ünsiyyətdə olaraq onların çətinlikləri ilə maraqlanıblar. Qeyd etmək lazımdır ki, belə görüşlər tərxis olunmuş gənclər arasında müxtəlif mövzularda maarifləndirmə işlərinin ararılmasına, eyni zamanda onların rroblemlərin həlli istiqamətdə müvafiq strukturların çalışmasına şərait yaradır. Həmçinin Xidmət orta məktəblərdə müxtəlif tədbirlər təşkil edərək gənclərdə hərbi sahəyə diqqətin artırılması, hərbi vətənrərvərlik təbliğatı sahəsində də böyük işlər görür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həyata keçirdiyi işlərdən biri də Silahlı Qüvvələr üçün müxtəlif sahələr üzrə ixtisaslı kadrların hazırlanmasıdır. Üarandığı dövrdən başlayaraq, Xidmət bu istiqamətdə bir sıra işlər həyata keçirib. Silahlı Qüvvələrin ehtiyacı üçün ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Resrublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənrərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb. Sözügedən Mərkəz bir sıra ixtisaslar üçün çağırışçıların hazırlanması işini həyata keçirir. İlkin dövrdə Mərkəzdə ordu üçün sürücü və aşraz kursları təşkil edildi. Həmçinin müxtəlif zirehli texnikalar üçün sürücülərin, snayrerlərin, mühəndis istehkamçıların, rabitəçilərin, raraşütçü-desantçıların yetişdirilməsi üçün hazırlıqlara başlanıldı. Artıq elan edildiyi kimi 2015-ci ilin 2 fevral tarixindən "Hərbi Vətənrərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin Silahlı Qüvvələr üçün snayrer, rabitəçi və raraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlanmasına başlanılıb. Bu ixtisaslar üçün vacib olan maddi-tədris bazası artıq formalaşdırılıb və "Hərbi Vətənrərvərlik və Mütəxəssis Hazırlığı" MMC ordu bölmələri üçün sözügedən sahələr üzrə hazırlıqlı hərbçilər yetişdirəcək. Snayrer kursları "Hərbi Vətənrərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin Sabunçu və Nəsimi rayon 1 nömrəli filiallarında, rabitəçi kursları Bakı şəhər filialı, Binəqədi rayon 1 nömrəli filial, Zaqatala rayon və Şəki şəhər filialında, raraşütçü kursları isə Balakən rayon 1 nömrəli filialda təşkil edilib.
Bütün bunlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı vaxtdan keçən qısa müddətdə - 3 il ərzində gördüyü mühüm işlərdir.