İranda yol kənarında partlayış: SEPAH hərbçisi həlak olub
2 Oktyabr 17:39
2 Oktyabr 17:39
2 Oktyabr 15:43
2 Oktyabr 14:06
7 İyun 2021 11:25
2 919
Paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.
Qeyd olunub ki, E.Süleymanlının və E.Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
2 Oktyabr 22:07
497
2 Oktyabr 20:43
609
2 Oktyabr 20:42
595

