Avropa Şurasının Keramika Assosiasiyasında Şəki şəhərinin təqdimatı olub Hadisə
- 17 İyun 2021 13:17
- 1 736
Avropa Şurasının Keramika Assosiasiyasının Baş Assembleyasının onlayn formatda iclası keçirilib.
Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, iclasda Avropa Keramika Marşrutunun (European Route of Ceramics) yeni üzvü - Şəki şəhərinin təqdimatı baş tutub.
Qeyd edək ki, Şəki şəhəri bu ilin əvvəlində Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Avropa Keramika Marşrutuna üzv seçilib. Yeni üzvü təqdim edən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri Sədaqət Davudova iclas iştirakçılarına Avropa Keramika Marşrutuna yeni qoşulmuş Şəkinin tarixi, şəhərsalma mədəniyyəti, özünəməxsus memarlıq üslubu, sənətçilik ənənələri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində Şəki sənətkarlarının rolu böyükdür.
Assambleya iştirakçılarına Qafqazda ilk Keramika Mərkəzi - “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması, ilk Beynəlxalq Keramika Simpoziumunun da bu şəhərdə keçirilməsi haqqında məlumat verilib.
Qeyd olunub ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib. 212 maddi mənəvi irs, 28 qeyri-maddi mədəni irs, 19 mədəni təbii irs daşıyıcısı olan Şəki şəhəri 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə onun adı UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb.
Avropa Keramika Marşrutu 2012-ci ildə Avropa Şurası tərəfindən sertifikatlaşdırılmış mədəni marşrutdur. Bu hərəkatın məqsədi keramika istehsalı və bu sahəyə dair qədim ənənələrlə bağlı mədəni irsi dəyərləndirmək, dayanıqlı turizm təklifi yaratmaq və bununla da ümumilikdə mədəni və sosial inkişafa nail olmaqdır. Hazırda Avropa Şurasının Keramika Assosiasiyası mərkəzi qərargahı İtaliyanın Faentsa (Faenza) şəhərində yerləşir.
Azərbaycan Mədəni Marşrutlar üzrə Avropa İnstitutuna 2011-ci ildən üzv olub. İndiyədək Azərbaycan Avropa Şurası Mədəni Marşrutları layihəsi çərçivəsində 5 marşruta - "Şərab Yolu", "Yəhudi irsi üzrə Avropa marşrutu", "Qədim Qayaüstü İncəsənət İzləri", "Termal şəhərlər" və "Zeytun ağacları" yoluna qoşulub.
- 23 Aprel 19:10
- 1 169
- 23 Aprel 19:01
- 1 113
- 23 Aprel 17:23
- 1 092
-
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü
-
Sumqayıtda 58 yaşlı kişi xəstəxananın pəncərəsindən özünü atıb
-
Prezident İlham Əliyev: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
-
Ermənistanın 4 kəndi qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir - Ceyhun Bayramov
-
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
-
Prezident İlham Əliyev: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur
-
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
-
“Bütün rüsumların həddi Azərbaycan manatı ilə müəyyən olunmalıdır”
-
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Bir sıra şəxslərə sığorta ödənişi qaydası dəyişir
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir
-
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
-
ABŞ Konqresi dünya xalqlarının təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir
-
“Qanunvericilikdə siyasi vəzifə tutan şəxslərin dairəsi müəyyən olunmur”
-
“Bu göz görə-görə inhisarçılığın yaradılmasıdır”
-
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
-
AVCİYA prezidenti: “Cənubi Qafqazda ciddi dəyişiklər baş verəcək”
-
Bakının daha bir prospektində velosiped yolu salınır
-
Prezident İlham Əliyev: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik
-
Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edildi
-
Prezident İlham Əliyev: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir
-
Prezident İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib
-
“Alkoqol da insan orqanizmi üçün tütündən az ziyanlı deyil” - Qüdrət Həsənquliyev
-
Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb
-
Prezident İlham Əliyev: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
Şərqi Azərbaycanda məktəblərin 30 faizi qəzalı vəziyyətdədir
-
Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlandı
-
Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir
-
Prezident İlham Əliyev: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
-
Vüqar Rəhimzadə: Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır
-
Litva Prezidenti: Ukraynada döyüş meydanındakı vəziyyət birbaşa Qərbin dəstəyindən asılıdır
-
Gürcüstan-Rusiya sərhədi istiqamətində ən uzun tunelin çəkilməsi rəsmən başa çatıb
-
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
-
Bu ilin I rübündə icmal büdcəsində 3 milyard manatdan çox qalıq yaranıb
-
ABŞ Dövlət Departamenti İrandakı azərbaycanlıların vəziyyətindən danışıb
-
Prezident İlham Əliyev: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq
-
Prezident İlham Əliyev: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var
-
Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi
-
Paytaxtda evdə 51 kq narkotik aşkarlandı
-
Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür
-
Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür
-
Prezident İlham Əliyev: Ermənistanı istisna olmaqda, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var
-
Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO
-
Fürsət qapıları həmişə açıq qalmır -Ərdoğandan Ermənistana ÇAĞIRIŞ
-
Azərbaycanca mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
-
Volodimir Zelenski COP29-a dəvət edilib
-
Prezident İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edir - CANLI
-
Azərbaycanda COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək
-
Nikol Paşinyan Azərbaycanın şərtlərini qəbul edir - amerikalı ekspertlər Bakı və İrəvan arasında sülh perspektivləri haqqında
-
Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun
-
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
-
Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda rəsmi səviyyədə yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırdı
-
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
-
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirilib - VİDEO
-
Ölkədə dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir
-
Sabah hava necə olacaq? - PROQNOZ
-
Azərbaycanda dövlət orqanlarının təsnifatı genişləndirilir
-
Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarların Reyestri yaradılır