Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Körfəz ölkələri və İran Omanda Hörmüzlə bağlı sövdələşməni müzakirə edəcəklər
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
29 İyun 2021 10:53
2 751
Azərbaycanda 4 271 kilometrlik dəmir yollarının təxminən 60 faizi dəmiryol infrastrukturunun modernləşdirilməsi çərçivəsində elektrikləşdirilib.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC idarə heyəti sədrinin müşaviri Füzuli Quliyev "Dəmiryol nəqliyyatının və elektrovozların dartqı sisteminin elektrik təchizatının səmərəliliyinin artırılması" adlı tədbir zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars və Şimal-Cənub kimi nəqliyyat dəhlizləri vasitəsi ilə bir sıra istiqamətlərə, o cümlədən Gürcüstan, Türkiyə, Rusiya, Mərkəzi Asiya ölkələri və Çinə yük daşıya bilir.
O bildirib ki, 2010-cu ildən etibarən Azərbaycan dəmir yolları sürətlə inkişaf edir və bu, ilk növbədə onun elektrikləşdirilməsi ilə bağlıdır.
Müşavir əlavə edib ki, lokomotiv və vaqon parkının yenilənməsi üzrə işlər davam etdirilir:
"Azərbaycan Dəmir Yolları" və Fransanın "Alstom" şirkətinin həyata keçirdiyi işlər elektrik enerjisi istehlakının azaldılmasına və dəmiryol nəqliyyatının idarə olunmasının avtomatlaşdırılmasına xidmət edir".