İran aviaşirkətinin pilotları və ekipaj üzvləri Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO
Paşinyan Kobaxidzeni TRIPP barədə məlumatlandırıb, Rusiya ilə münasibətləri müzakirə edib
Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi üçün 61 847 manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
29 İyun 2021 17:10
2 394
İyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan bir qrup plastik qablardan istifadə edənlər cərimələnəcək.
Trend xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov deyib.
Onun sözlərinə görə, nəzərdə tutulan cərimə insanların plastik qablardan istifadəsini məhdudlaşdırmaq üçündür.
"Fiziki şəxslər üçün ilk dəfə 1000-1500, növbəti dəfələrdə isə 1500-2000 manat, hüquqi şəxslər barədə isə ilk hal üçün 3000-4000, növbəti dəfə 4000-5000 manat cərimə nəzərdə tutulub".
Qeyd edək ki, mövcud qanunvericiliyə görə iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.