FHN təhlükədə qalan fəhlələri xilas edib Hadisə

FHN təhlükədə qalan fəhlələri xilas edib

Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda köməksiz vəziyyətdə qalan fəhlələrlə bağlı məlumat yayıb. N azirliyinin saytında verilən məlumatına görə, Nərimanov rayonunda 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, onlar sökülməkdə olan təqribən 75 metr hündürlüyündə dəmir-beton konstruksiyalı borunun üzərində köməksiz vəziyyətdə qalıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşları aşağı endirərək xilas ediblər.