 
                
                
                
             
                
                
                
             29 İyul  2021 10:10
29 İyul  2021 10:10 2 212
2 212
Bakı Ali Neft Məktəbinin (BANM) 6 məzunu Almaniyanın DAAD təqaüd proqramının qalibi olub. Yüksək rəqabət mühiti olan DAAD təqaüd proqramına 400-ə yaxın azərbaycanlı müraciət edib.
BANM-dan verilən məlumata görə, onların arasından təqaüdə layiq görülmüş 26 nəfərdən 6-sı məhz BANM məzunudur. Bu Ali Məktəb üçün çox qürurverici bir haldır.
BANM məzunları mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.
Tam siyahı aşağıdakı kimidir:
| Ad, soyad Sunay Həsənov | Qəbul olduğu ali məktəb Dortmund Texniki Universiteti - Magistratura | 
| Aişə Məhərrəmova | Hamburq Texnologiya Universiteti - Magistratura | 
| Aygül Hüseynova | Hamburq Texnologiya Universiteti - Magistratura | 
| Türkan Əliyeva | Münster Universiteti - Magistratura | 
| Kamal Bağırlı | Kayzerslautern Universiteti - Magistratura | 
| Fərid Həmidov | Aaxen Universiteti - Magistratura | 
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    