Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
2 Avqust 2021 15:57
2 646
“Ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniyası ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək məqsədilə başladılıb”.
Xalqcəbhəsi.az-ın məlumatına görə, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz “Twitter” hesabında yazıb.
“Ölkəmizi cənginə alan meşə yanğınlarına qarşı dövlətimizin bütün imkanları səfərbər edilərək mübarizəmiz davam edir. 35 əyalətdə 129 yanğından 122-si nəzarət altına alınıb.
Xoş niyyətli hər yardım və tövhə milli birliyimizin gərəyidir. Ancaq axşamdan etibarən ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniyası ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək məqsədilə başladılıb.
Hazırda sosial platformalarda, anlıq mesajlaşma qruplarında, forumlarda yayılan məlumatların böyük əksəriyyəti yalandır. Belə bir təbii fəlakət vəziyyətində yalan məlumat yayanların tələsinə düşməyək. Yalnız rəsmi qurumların açıqlamalarına etimad edək.
Türkiyəmiz güclüdür. Dövlətimiz dimdik ayaqdadır. Prezidentimizin dediyi kimi, itirdiyimiz həyatlar istisna olmaqla bütün itkilərimizi kompensasiya edəcəyik və içimizi yandıran bu odu söndürəcəyik”, - deyə F.Altun bildirib.
25 Sentyabr 18:21
1 176
25 Sentyabr 17:17
910
25 Sentyabr 17:16
868