Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
2 Avqust 2021 21:24
3 178
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Trend FHN-ə istinadən xəbər verir ki, bu gün ərzində nazirliyin qüvvələri tərəfindən helikopterin tətbiqi ilə Fəthiyə istiqamətində 5-7 hektar ərazidəki yanğın söndürülüb. Digər istiqamətlərdə yanğınların söndürülməsi üçün zəruri tədbirlər davam etdirilir.
Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti hazırda Marmaris bölgəsindədir. E.Mirzəyev yanğın baş verən ərazidə qüvvələrin işi ilə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib. Daha sonra Böhranların İdarə edilməsi Mərkəzində Azərbaycan FHN və yerli qüvvələrin təmsilçilərinin iştirakı ilə müşavirə keçirilib, atılacaq növbəti addımlar müzakirə olunub.
Qeyd edək ki, havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz yanğınlarla mətinliklə mübarizə aparırlar.
6 İyul 21:51
1 239
6 İyul 21:42
1 274
6 İyul 20:50
1 064













