Türkiyəyə göndərilən 7 qazi sağalaraq Vətənə dönüb Hadisə

Türkiyəyə göndərilən 7 qazi sağalaraq Vətənə dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 7 qazi sağalaraq Vətənə geri dönüb.

Fonddan verilən məlumata görə, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Sağalaraq Vətənə geri dönən qazilər aşağıdakılardır:

1. Mehtiyev Namiq Mureddin oğlu

2. Həsənov Bəxdiyar Dilqəm oğlu

3. Əliyev Cahangir Gülbala oğlu

4. Hüseynov Tural Araz oğlu

5. Babayev Elnur Əlihüseyn oğlu

6. Cavadzadə Fuad Sənani oğlu

7. Atakişiyev Rəşad Nazim oğlu

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.