30 Avqust 2021 10:19
2 373
Avqustun 28-də və 29-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 13 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
16:14
658
15:44
728
13:28
931