8 Sentyabr 19:09
8 Sentyabr 15:01
17:29
259
İsrail ordusunun bölmələri, o cümlədən Hərbi Hava Və Hərbi Dəniz Qüvvələri Eylat şəhərində və İordaniya ilə sərhəddə yerləşən Arava vadisində döyüş hazırlığının və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üzrə hərbi təlimləri başa çatdırıb.
xəbər verir ki, ordunun mətbuat xidmətinin bəyanatına əsasən, təlimlər eyni vaxtda bir neçə hərbi əməliyyat teatrında keçirilib və bu zaman onlarca ssenari məşq edilib: dənizdən gəmilərə sızma, adam oğurluğu insidenti, tankəleyhinə raketlərdən atəşə tutulma, kütləvi tələfatla nəticələnən insidentlər, həmçinin bazalara və mülki obyektlərə, o cümlədən mehmanxana, məktəb və çimərliklərə sızma.
"İsrail ordusu müdafiə qabiliyyətini və müxtəlif ssenarilərə hazırlığı daha da artırmaq məqsədilə zəif tərəfləri və istinad nöqtələrini müəyyən edərək təlimlərin dərin təhlilini aparacaq", — deyə bəyanatda vurğulanır.
Məryəm Quliyeva