Metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında səyyar vaksinasiya məntəqəsi qurulub Hadisə

Metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında səyyar vaksinasiya məntəqəsi qurulub

Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında səyyar vaksinasiya məntəqəsi qurulub.

Trend-in məlumatına görə, Yasamal Rayon İcra Hakimiyyəti və TƏBİB-in təşəbbüsü ilə avtobusda təşkil olunan vaksinasiya məntəqəsində vətəndaşlar könüllü şəkildə yaxınlaşıb peyvənd vurdura bilərlər.

Səyyar məntəqədə yalnız "Sinovac" vaksinini vurdurmaq mümkündür.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 19-a olan məlumata görə, vurulan vaksinlərin ümumi sayı 7 976 549, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 619 432, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 357 117 nəfər təşkil edir.