Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
28 Mart 16:56
28 Mart 16:56
26 Sentyabr 2021 13:57
3 311
Sabah Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.
44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir. Artıq Bakının bəzi küçə və prospektlərində sabaha hazırlıq məqsədilə eyvanlardan bayraqlar asılıb.
Bütün vətəndaşlarımızı bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs Anım Günündə eyvanından bayraq asaraq 44 günlük müharibədə olduğu kimi, döyüşlərinin ildönümündə də həmrəyliyini nümayiş etdirə bilər.
Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
28 Mart 17:47
1 344
28 Mart 15:54
1 421
28 Mart 15:07
1 232