Lənkəranda narkotik satan 13 nəfərlik dəstə saxlanıldı - FOTO Hadisə

Lənkəranda narkotik satan 13 nəfərlik dəstə saxlanıldı  - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinları E.Nəsirov, C.Rzazadə, F.Hadıyev, X.Qubadov, C.Nəcəfov, Ş.Hüseynov, Ə.Əliyev, R.Musayev, İ.Həsənov, R.Bağırov, X.Qasımov, Ş.Əzimov və qardaşı F.Əzimov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır