Bakıda yük avtomobili ilə sərnişin avtobusu toqquşub: 5 ölü, 21 yaralı var - FOTO/ƏLAVƏ OLUNUB Hadisə

Bakıda yük avtomobili ilə sərnişin avtobusu toqquşub: 5 ölü, 21 yaralı var - FOTO/ƏLAVƏ OLUNUB

İlkin məlumata görə, Bakıda baş verən avtobus qəzası nəticəsində 5 nəfər dünyasını dəyişib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb. Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkət olan 99 DH 343 DQN-lı “Mercedes” markakı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.