Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
14 Oktyabr 2021 16:11
2 835
Azərbaycandan Rusiyaya getmək istəyən 101 nəfərə saxta COVİD-19 testi hazırladan turizm şirkətinin rəhbərinin məhkəməsi başlayır.
Yasamal rayon Prokurorluğunda "ƏSR" MMC-nin direktoru Əsgər Bayramovun barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Toplanmış materiallar baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib.
Cinayət işi hakim İslam Əliyevin icratına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
İttihama görə, “ƏSR” və “ARKAN TOUR” MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış ibtidai istintaqla “ƏSR” MMC-nin direktoru Əsgər Bayramovun “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə həmin şəxslərin tibbi müayinədən keçmədən tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan COVID-19 testinin nəticələrinə dair saxta sənədləri hazırlayıb ümumilikdə 12 min 120 manata satmasına, eləcə də həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
Qeyd edilənlərə əsasən Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilmiş, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, keçirilən əməliyyat tədbirləri nəticəsində həmin saxta test arayışları ilə Rusiyaya getmək istəyən 101 nəfər Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq geri qaytarılmışdı.
25 Sentyabr 18:21
1 162
25 Sentyabr 17:17
889
25 Sentyabr 17:16
847