YAP-ın VIII qurultayına 960 nümayəndə seçilib, qurultay oktyabrın 2-də keçiriləcək
“ADEX-2026”-da TDT müdafiə sənayesi qurumları rəhbərlərinin iclası keçirilib
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb
Türkiyənin hərbi rəhbərliyi Şuşada təlimdə sursat və texnikalara baxış keçirib - FOTO
ABŞ missiya başa çatdıqdan sonra İraqa zərbələr endirilməsini istisna etmir
28 Oktyabr 2021 16:57
2 275
Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 01-i səhərədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib.
Azərbaycanın rayonlarında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 01-i səhərədək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.