SKMF Bakıxanov qəsəbəsində işgüzar forum keçirib Hadisə
Tərlan
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Aprelin 30-da Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Sabunçuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
100-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi müəssisəsinin, kiçik həcmli istixana təsərrüfatlarının, makaron, dondurma və şirniyyat məhsulları istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanmış, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 1819 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 66 milyon manat güzəştli kredit yönəldilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1033 investisiya layihəsinin maliyyələşdirilməsinə 229,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmiş, 7000-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 9,8 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, istixana təsərrüfatı, damazlıq quşçuluq, un və şirniyyat, mebel, ayaqqabı, suvenir, PVC tərkibli yarımfabrikat istehsalı və s. sahələrə yönəldiləcək. Bu layihələrin reallaşdırılması 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.
Son illər dövlətin güzəştli kreditləri hesabına illik istehsal gücü 58.3 min ton quş əti və 296 milyon ədəd yumurta olan 42 quşçuluq təsərrüfatına 115,6 milyon manat güzəştli kredit verilmişdir. Artıq illik istehsal gücü 37,9 min ton quş əti və 223,9 milyon ədəd yumurta olan 32 quşçuluq təsərrüfatı istifadəyə verilmişdir. Bunun nəticəsində ölkədə sənaye üsulu ilə quş ətinin illik istehsal gücü 100 min tonu ötmüş, özünü təminetmə səviyyəsi yüksəlmişdir. Forum çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış konserv məhsulları istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilmişdir.