İstanbulda dünya turizmini istiqamətləndirən liderlər bir araya gəldi Hadisə

İstanbulda dünya turizmini istiqamətləndirən liderlər bir araya gəldi

Martin Verdon-Roe: "Dünyanın diqqəti Türkiyəyə yönəlib"

World Tourism Forum (Dünya Turizm Forumu) ilk dəfə olaraq İstanbulda dünya turizmini istiqamətləndirən liderləri bir araya gətirdi. Beynəlxalq tədbirdə dünyanın hər yerindən mötəbər nümayəndələr iştirak edib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə düzənlənən foruma Səhiyyə Nazirliyinin müşaviri Eyüp Gümüş, Turistik otelçilər, işlətməçilər və yatırımçılar Birliyinin başqanı Timur Bayındır Rusiya, İran, türkdilli ölkələr, körfəz bölgəsindəki bir sıra ərəb dövlətləri və Avropadan çox sayda sektor təmsilçiləri qatılıdılar.
Çıxış edən Səhiyyə Nazirliyinin təmsilçisi E.Gümüş tibbi turizmin üç nöqtədə birləşdiyini bildirdi. Onun sözlərinə görə, ilk sırada termal tibbi turizm dayanır və xoşbəxtlikdən Türkiyənin çox zəngin termal qaynaqları mövcuddur: "İkinci yerdə medikal turizm, üçüncü sırada isə yaşlılara xidmət göstərən mərkəzlərin koordinasiyası dayanır. Tibbi turizmdə ən önəmli məsələ isə doğru və keyfiyyətli xidmət göstərməkdir. Biz çalışacağıq ki, Türkiyədə hər bir klinikanın beynəlxalq səviyyədə xidmət göstərməsinə nail olaq".
Turistik otelçiler, işlətməçilər və yatırımçılar Birliyinin sədri T.Bayındır çıxışında dedi ki, bu gün turizm Türkiyədə ən rəqəbatədavamlı sahədir. Turizmin Türkiyədə son 10 ildə sürətli sıçrayışla inkişaf edərək iqtisadi sferada ən çox sərmayə gətirdiiyni bildirən T.Bayırdır əlavə etdi ki, bu baxımdan daha böyük nailiyətlər əldə edən İstanbul "dörd mövsümdə və 12 ay yaşayan bir şəhərə çevrilib".

450 min əcnəbi Tükiyədə müalicə olunub

B.Erel dedi ki, məsələn, ötən il 450 min əcnəbi Tükiyədə müalicə olunub: "İldə 80-100 min arası xəstə müalicə məqsədilə məhz Türkiyəni seçir. Orqan nəqlindən yetişmiş və pediatrik sümük iliyi nəqlinə, parkinson cərrahiyəsindən estetik əməliyyatlara, ortopediyadan KVC-yə qədər bir çox ağır xəstəliklərin müalicəsi sahəsində uğurlar qazanmışıq. Hədəfimiz önümüzdəki il ərzində ölkəyə cəlb edilən əcnəbi xəstələrin sayını 15 faiz artırmaqdır. Əslində bu ilin sonunadək müalicə məqsədilə Türkiyəni seçən xəstələrin sayını 1 milyon nəfərə çatdırmağı düşünürük. Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, hazırda dünyada tibbi turizm təxminən 100 milyard dollarlıq iqtisadiyyata sahibdir. Bu səbəbdən də çalışırıq ki, ölkəmiz gəlirli və perspektivi yüksək olan tibbi turizm sektorunda əsas oyunçulardan birinə çevrilsin".
İsveçin keçmiş baş naziri Fredrik Reinfeldt dedi ki, bu gün qonağı olduqları İstanbul möhtəşəm şəhərdir. O, ölkəsində də çox sayda türkün yaşadığını xatırladaraq əlavə etdi ki, son illər Türkiyə iqtisadiyyatı böyük uğurlara imza atdığı üçün həmin türk mənşəli isveçlilərin bir hissəsi artıq vətənlərinə qayıdıblar. F.Reinfeldt turizmin bütün dünyada ən sürətlə böyüyən sənaye sahəsi olduğunu da vurğuladı.

"Dünyanın diqqəti Türkiyəyə yönəlib"

"World Tourism Forum"da çıxış edən "TripAdvisor"un satış məsələləri üzrə sədr müavini Martin Verdon-Roe keçən il Türkiyənin dünya üzrə səyahətə çıxacaq insanların ən çox üstünlük verdiyi ölkə olduğunu açıqladı. Veridone əlavə etdi ki, günümüzdə Türkiyə turistlərin nəzərində çox məşhur ölkədir. Turistlərin ən çox diqqət ayırdığı ölkə olaraq Türkiyənin hakimiyyəti və vətəndaşları qürur duymalıdır. Çünki indii dünyanın diqqəti Türkiyəyə yönəlib".
Foruma qatılan "CNN International Finans"ın editoru Todd Benjamin bildirdi ki, o, Türkiyəyə ilk dəfə 20 il əvvəl gəlib. Amma o vaxtdla bu gün arasında tək bənzərlik yollarda nəqliyyatın sıxlığıdır. Onun fikrincə, əslində turizm sektorunun inkişafı yönümündə nəqliyyatın hərəkətində yaşanan sıxlıq böyük problemdir. O əlavə etdi ki, bu istiqamətdə İstanbulda uzun vədəli çıxış yolu layihələri hazırlanmalıdır. Bununla yanaşı, o, Türkiyənin uğurlarını da qeyd elədi: "Avropada çox ciddi işsizlik problemi var. Yunanıstan isə sonu görünməyən böhrandadır. Mən belə deyərdim: Yunanıstan çökür, Türkiyə isə parlayır. Türkiyədə orta sinif inkişaf etməkdədir ki, bu ölkənin gələcəyinə təminat deməkdir".
Daha sonra World Tourism Forum beynəlxalq qiymətdləndirmə komitəsi tərəfindən 36 kateqoriya üzrə mükafatlandırma mərasimi keçirildi. Məsut Yarın təqdimatında mükafatlar sahiblərinə verilən gecədə dünya turizminə istiqamət verən şirkətlərlə yanaşı çox sayda yerli və əcnəbi iş adamları da iştirak edirdi. Sosial mediada ən yaxşı otel markası, Azərbaycanda da fəaliyyət göstərən "Four Seasons", ən yaxşı texnologiyaya sahib otel isə Point Hotel seçildi. Yeri gəlmişkən, Azərbaycanı təmsil edən biz jurnalistlər məhz Point Hoteldə qalırdıq. Bundan əlavə, gecədə ən yaxşı turizm yatırım qrupu nominasiyası üzrə "Doğuş Turizm" qalib çıxdı. Türk Hava Yolları (THY) ən yaxşı hava yolu şirkəti, eyni zamanda sosial medida ən yaxşı hava yolu şirkəti olmaqla iki nominasiya üzrə mükafata layiq görüldü. Dünyada ən yaxşı otel qrupu ödülünü Marriott Hotels, ən yüksək xidmət nominasiysı üzrə mükafatı isə "Armani Hotel Dubai" aldı. Ən yaxşı tibbi turizm şirkəti kategoriyasında mükafata isə Medical Park layiq görüldü. Mükafatı alan MLP CARE Qrup koordinatoru Başak Erel bildirdi ki, tibbi turizmdə mövqelərini gücləndirmək üçün daha böyük layihələr həyata keçirəcəklər: "26 xəstəxana və 7 milyon xəstə hesabı ilə sektorun ən böyük oyunçularından olan Medical Park və Liv Hospital da ölkəmizin tibbi turizmdəki hədəflərinə varması üçün böyük əmək sərf edir. İstər Türkiyədə, istərsə də dünya tibbi turizmində çox təsrli rol oynayırıq".
Bundan əlavə, "Yandex" turizm sektoruna ən yaxşı reklam çarxları təqdim edən şirkət mükafatına layiq görüldü və sair.

Əli

Bakı-İstanbul-Bakı