27 Yanvar 2022 13:42
3 087
SOCAR AQŞ və İraq Qazma Şirkəti qazma əməliyyatları üzrə əməkdaşlığın davam etdirilməsi haqqında ilkin razılıqları əks etdirən protokol imzalayıb.
Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.
Qeyd edək ki, yanvarın 25-də SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev İraq Qazma Şirkətinin (İQŞ) Baş Direktoru Basim Abdulkareemin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Tərəflər görüşdə iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və qazma sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu haqqında fikir mübadiləsi aparıb.
08:44
448
08:44
273
08:19
770