"Labirintdən çıxış": Travma psixoloqları hazırlanır - YENİ LAYİHƏ Hadisə

"Labirintdən çıxış": Travma psixoloqları hazırlanır - YENİ LAYİHƏ

“Təmiz Dünya” Qadınlara Yardım ictiami Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə” Labirintdən çıxış- travma psixoloqlarının hazırlanması” layihəsinin icrasına başlayıb.

Cebhe.info xəbər verir ki, layihənin hazırlıq mərhələsinə yanvar ayından start verilib. Təşkilat üç ali təhsil müəssisəsinə layihə ilə bağlı məlumat ünvanlayıb və psixologiya ixtisası üzrə təhsil alan sonuncu kurs tələblərini layihəyə cəlb edib.

Layihə çərçivəsində iki qrup- uşaqlara və 18 yaşdan yuxarı şəxslərə yardım göstərəcək travma psixoloqları hazırlanması nəzərdə tutulur.

Layihə çərçivəsində hər qrup üçün 10 gün, ümumilikdə 20 gün təlim keçiləcək. Əlavə 5 gün isə parkatika dövrünü əhatə edəcək.

Artıq iki qrup arasında ilk təlim başlayıb. Təlimlər səhər 11-dən 17-00 dək aparılır.

Təlimlərə cəlb edilən mütəxəssislərin ümumi sayı 30 nəfərdir.

3 ay davam edəcək layihə Bakı şəhərəndə “Təmiz Dünya”Qadınlara Yardım İctimai Birliyinin ofisində keçirilir.

Layihənin nəticəsi olaraq, təlim keçmiş mütəxəssislərlə bağlı məlumatlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı mübarizə Baş İdarəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, ƏSSMN yanında Sosial Xidmətlər Agentliyiinə və eləcə də ərazi üzrə İcra Hakimiyyətinə göndəriləcək.