Azərbaycanın Ermənistana 8 ayda ixrac etdiyi məhsulların ümumi dəyəri açıqlanıb
Ceyhun Bayramov: Azərbaycan və Türkiyə NATO-da əməkdaşlıq imkanlarını genişləndirir
XİN rəhbəri Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Türkiyənin səylərinin davam etdiyini açıqlayıb
Mərkəzi Bank iki lombard və bir lizinq şirkətini cərimələyib
10 Fevral 2022 09:21
2 296
Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.