Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib Hadisə

Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilib:


"Xalq artisti"

Tağıyeva Anaxanım Ehtibar qızı – baş leytenant

"Əməkdar mədəniyyət işçisi"

İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant
Bayramova Zəminə Məhəmməd qızı

"Əməkdar müəllim"

Həsənova Lalə Sadıq qızı
Məmmədov Bayram Heydər oğlu

"Əməkdar həkim"

Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki
Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki
İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki.