“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
21 Fevral 2022 08:36
1 897
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
FHN-dən verilən məlumata görə, yanğına çevik müdaxilə və cəlb edilən qüvvələrin effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, ərazinin qalan hissəsi yanğından mühafizə olunub.
İlkin məlumata əsasən, təqribən 5 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır. Yanğınsöndürmə işləri davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğının söndürülməsinə köməklik göstərirlər.
Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılır, əsasən əl əməyindən istifadə olunur.
Əlavə məlumat veriləcək.
1 Noyabr 17:46
1 799
1 Noyabr 14:21
1 792
31 Oktyabr 20:55
2 212