

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycanda bölgələr sahibkarlığın rəqəmsallaşmasının inkişafı sahəsində irəliləyişə nail olub.
Bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) eksperti Patrik Prujinski “Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” konfransında deyib.
Onun sözlərinə görə, İƏİT Azərbaycanla kiçik və orta biznesin inkişafı sahəsində əməkdaşlıqda ölkəni rəqəmsallaşmanın güclənməsində dəstəkləyib.
"Əvvəllər Azərbaycanda rəqəmsallaşma yavaş templə inkişaf edirdi. Bu gün isə ölkədə sahibkarlıq subyektləri onlayn mühitdə mövcudluğunu artırıb", - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, İƏİT ekspertləri biznesin onlayn xidmətlərdən istifadəsinin artımını qeydə alır.
"Azərbaycanda sahibkarlığın rəəqmsallaşmasının inkişafının qarşısında duran başlıca əngəl rəqəmsal xidmətlərin tətbiqi təcrübəsinin azlığıdır. Bu sahədə görürük ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bölgələrdə sahibkarlığın inkişafına xidmət edən xüsusiləşdirilmiş mərkəzlər yaradır", - P.Prujinski deyib.
Ekspert əlavə edib ki, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyasına uyğun olaraq sahibkarlığın rəqəmsallaşmasını inkişaf etdirmək planlaşdırılır.