Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
24 Fevral 2022 14:41
3 829
24 fevral 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalı Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.f.d., mama-ginekoloq Təranə Bayramova Azərbaycan Tibb Universiteti və Malatya İnönü Universiteti Qaraciyər nəqli institutunun birgə təşkilatçılığı ilə "VII Bakı-Malatya, Orqan Transplantasiya Günləri" adlı Beynəlxalq Elmi Konfransın II panelində “Qaraciyər transplantasiyası olunmuş resipiyent qadınlarda hamiləlik xüsusiyyətləri” mövzusunda təqdimatla çıxıb edib.
100-ə yaxın dinləyicinin ZOOM platforması üzərindən onlayn olaraq iştirak etdiyi konfransda Dr.Təranə Bayramova transplantasiyanın aktuallığı, qaraciyər xəstəlikləri və nəql keçirmiş qadınlarda fertillik problemləri, hormon profili, nəqlsonrası hamiləlik vaxtının düzgün seçilməsi, hamiləlik planlaşdırılması və kontrasepsiya, hamiləliyin idarə olunması, hamiləlik ağırlaşmaları, hamiləlik və südvermə dövründə immunosupressivlərin istifadəsi barədə ətraflı məlumat verib.
Dr.Təranə Bayramova çıxışının soununda klinik tövsiyələr vermiş və konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Həmçinin, tədbirdə Azərbaycanda transplantologiya sahəsinin mövcud vəziyyəti, bu sahədə həyata keçirilən unikal əməliyatlar barədə məlumatlar verilib.
25 Sentyabr 18:21
1 204
25 Sentyabr 17:17
931
25 Sentyabr 17:16
896