Opera və Balet Teatrının təmiri ilə bağlı işlər nə yerdədir? Mədəniyyət

Opera və Balet Teatrının təmiri ilə bağlı işlər nə yerdədir?

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir və bərpa işləri sürətlə davam edir.

Bu barədə Trend-ə mədəniyyət ocağının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib.

Onun sözlərinə görə, hazırda binanın fasadı təmir olunur. Bu gün teatrın damında iki yeni günbəz quraşdırılıb.

"Artıq mövsümü başa vurmaq üzrəyik. İyun ayının 4-də sonuncu tamaşanı göstərəcəyik. Mövsümü bağlayıb, zalı təmir üçün inşaatçılara təhvil verəcəyik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni mövsüm adətən sentyabrın 18-də açılır. O tarixədək teatrın içində təmir işləri yekunlaşmazsa, yəqin ki, bizə başqa yerdə müvvəqqəti tamaşa zalı ayırılar", - deyə o bildirib.