“Fransa Azərbaycana qarşı qərəzlidir”
5 Oktyabr 20:23
5 Oktyabr 20:23
5 Oktyabr 18:39
Elnur Soltanov: Məqsədimiz Azərbaycanın enerji potensialını Avropa bazarlarına birləşdirməkdir
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Mühafizə olunan duracaqlar üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub
2 Dekabr 2022 11:46
7 273
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanan yeni səhnə əsəri – “Xurşidbanu Natəvan” tamaşasının məşqləri davam edir.
Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətinin rəbləri Cavid Zeynallı məlumat verib.
Onun sözlərinə görə, Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı yeni yaradıcılıq işinin premyerası dekabrın 4-nə planlaşdırılır. “Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb.
Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir”, - deyə Cavid Zeynallı qeyd edib.
Qeyd edək ki, dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Rafiq Əzimov (Mirzə Ruhullah), Hacı İsmayılov (Qoca Knyaz) Kazım Abdullayev (Canişin), Əməkdar artistlər Anar Heybətov (Knyaz Xasay), Elşən Cəbrayılov (Seyid Hüseyn), Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli (Kor kamançaçı), Kazım Həsənquliyev (Məliküldövlə), Elnar Qarayev (Mamayı), Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyorlar Elçin Əfəndi (Hidayət xan), Cavidan Novruz (Nəvvab), Vüsal Mustafayev (Zahir bəy), Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Corc Qafarov, Elsevər Rəhimov (Kütləvi səhnə) və başqaları iştirak edəcəklər.
5 Oktyabr 14:21
959
5 Oktyabr 09:21
1 050
2 Oktyabr 17:04
1 652