25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
19 Yanvar 2023 12:33
5 586
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Fondun prezidenti Günay Əfəndiyeva prioritet məqsədi türk xalqlarının çoxəsrlik dəyərlərinin qorunması, beynəlxalq səviyyədə təbliği və gələcək nəsillərə ötürülməsi olan rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açıb. G.Əfəndiyeva ümumtürk mədəni irsinin dərindən öyrənilməsi və tanıdılması yönündə Fondun üzv və müşahidəçi dövlətlərinin, eləcə də xarici ölkələrin müxtəlif elm ocaqları, ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrə böyük önəm verməsinə toxunub. Fondun prezidenti türk dünyasının bir sıra universitetləri ilə sıx əməkdaşlıq münasibətləri quraraq, ümumi şəbəkənin yaradılmasının təşkilatın planları sırasında olduğunu vurğulayıb. Fondun prezidenti təşkilatın Anlaşma Memorandumu imzaladığı bir sıra universitetlər arasında Türkiyənin Bursa Uludağ Universitetinin də yer aldığını qeyd edib.
Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının qədim və zəngin mədəniyyətinin yaşadılması istiqamətində həyata keçirdiyi geniş miqyaslı layihələri təqdirəlayiq hesab etdiyini bildirib. O, Fond tərəfindən ümumtürk dəyərlərinin öyrənilməsi və araşdırılmasına maarif ocaqlarının cəlb olunmasını yüksək qiymətləndirib. Erol Özvar türk dünyasının tarixi və mədəni irsi ilə bağlı məlumatlılığın artırılması və təşviqinin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, bu səpkidə təşkilat ilə ortaq iş birliyinin önəminə toxunub.
Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.
24 İyul 15:05
1 463
24 İyul 13:19
1 624
23 İyul 15:51
2 037