30 Sentyabr 23:35
30 Sentyabr 23:33
30 Sentyabr 23:19
İran nümayəndə heyəti Nyu-Yorku qrafikə uyğun olaraq tərk edib
İsrail "Flydubai" insidenti ilə bağlı araşdırmada iştirak edə bilər
ABŞ Trampın prezidentliyinin başlanğıcından bəri 250 minə yaxın vizanı ləğv edib
Tramp: "Hörmüz boğazına tam nəzarət edirik, lakin vəziyyət dəyişə bilər"
Tramp İrana qarşı sərt xəbərdarlıq etdi: "Ya saziş, ya da zərbələr"
8 May 2023 10:47
5 971
Hazırda dünya mədəni irsi bir sıra çağırışlarla üz-üzədir.
Trend-in məlumatına görə, bu barədə ICOMOS-un prezidenti Teresa Patricio bu gün Bakıda keçirilən “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” mövzusunda beynəlxalq tədbirə ünvanlandığı videomesajda qeyd edib.
“Dünyada bir sıra dəyişikliklər baş verir. Təbii ki, bu dəyişikliklər mədəni irsdən də yan keçmir. Hazırda keçirilən beynəlxalq təlim üzləşdiyimiz bu çağırışlar istiqamətində bizə yardım edəcək. Öyrənəcək dərslərimiz çoxdur. Belə bir mühüm tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirəm”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” mövzusunda beynəlxalq tədbir keçirilir.
Tədbir çərçivəsində ilk dəfə olaraq YUNESKO-nun məşvərətçi təşkilatı olan ICOMOS-un dəvəti ilə dünyanın 17 ölkəsindən olan ekspertlər, mədəni irs sahəsində mütəxəssislər Bakıda bir araya gəlib.
Tədbirə Fransa, Polşa, İsrail, Türkiyə, Bolqarıstan, Sloveniya, Rusiya, Rumıniya, Moldova, Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Misir, Oman və digər ölkələrdən iştirakçılar qatılıb.
30 Sentyabr 11:40
861
30 Sentyabr 11:24
882
29 Sentyabr 12:14
1 064