Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
10 İyun 2023 16:11
11 746
Bir dəfə xalq şairi Sabir Rüstəmxanlı Türkiyədən dönərkən ona bir bağlama gətirir. Görüşüb xalq şairinin maşınına minirlər. Şair bağlamanı ona verəndə xahiş edir ki, maşında yox, evdə açıb baxsın.
O da dözmür, deyir ki, yox, elə indi açıb baxacam. Görüm hədiyyən nədir? Nə isə, açıb baxanda görür ki, zurnadır. Zurnanı əlinə götürüb ifa etməyə başlayır. Qapının pəncərəsi açıq olduğundan musiqi səsi ətrafa yayılır. Sabir Rüstəmxanlı ha çalışır, onu sakitləşdirə bilmir. Deyir, nəyimə lazım, məni az adam tanısa da, səni bütün ölkə tanıyır. Qoy desinlər ki, xalq şairi maşınında zurnaçalan aparır. Bəs zurna alanda fikirləşmədin ki, belə də ola bilər…
Doğulduğu Yardımlı rayonuna baş ucalığı gətirən ağsaqqallarımızdan biri də İbrahim Yusifzadədir. İstiqanlı, təvəzökar, işgüzar olmağı ilə yanaşı çox baməzə kişidir.
Musiqi duyumu güclü olduğundan gənc yaşlarından bir neçə musiqi alətini dilləndirməyi bacarır. Və hansı məclisdə iştirak edirsə gözəl çıxışları ilə hamını heyran edir, hər dəfə yeni fikir söyləyir. Bir sözlə, onunla ünsiyyətdə olan hər kəs bu yoldaşlıqdan məmnun qalır...
Ölkəmizin ali qanunverici orqanı olan Milli Məclisin mühüm şöbələrindən birinə uzunmüddət rəhbərlik edib…
Bu gün İbrahim müəllimin 76 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, uzun ömür, cansağlığı arzulayıram.
Həmişə belə gümrah, belə gülərüz olasınız, İbrahim müəllim!
76 yaşınız mübarək!
Elman Eldaroğlu
25 Sentyabr 17:16
931
25 Sentyabr 12:00
1 533
24 Sentyabr 22:46
1 127