Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
20 Noyabr 2023 09:35
5 411
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Tavriya sarayının Günbəzli zalında müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qala-konsert keçirilib.
Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun və Tavriya sarayı administrasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğunun, Azərbaycan diasporunun, yerli dövlət orqanlarının və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Konsert zamanı Azərbaycanın Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Leninqrad vilayətinin Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan, rus və xarici bəstəkarların klassik əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Əsərləri Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova, Regina Rüstəmova, Mariinsk Teatrının solistləri Məhərrəm Hüseynov və Həmid Abdulov ifa ediblər.
Konsert böyük maraqla və alqışlarla qarşılanıb.








25 Sentyabr 17:16
910
25 Sentyabr 12:00
1 519
24 Sentyabr 22:46
1 099