25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
27 Mart 2024 13:56
6 391
“Heritage Auctions” Hərrac evi Hollivud filmlərinin xatirə əşyalarının hərracında “Titanik” filminin sonunda Keyt Uinsletin qəhrəmanının xilas olmaq üçün istifadə etdiyi məşhur qapını hərraca çıxarıb. Hərracın gedişində lot 718 min dollara çatıb və başlanğıc qiyməti - 40 min dolları xeyli ötüb.
Trend “The Hollywood Reporter” nəşrinə istinadən xəbər verir ki, Halifax Dəniz Muzeyinin XV Lui üslublu dekorativ panelinə heyrətamiz dərəcədə bənzəyən bu rekvizit “Titanik” filminin ən maraqlı səhnəsini əks etdirir.
Qapının uzunluğu 2,44 metr, eni isə 1,04 metrdir.
Qapıdan əlavə, hərraca “The Shining” filmindən balta, 1984-cü ildə çəkilmiş “İndiana Cons”dan qamçı və “Titanik”in finalında Keyt Uinsletin şifon paltarı daxil edilib. Sonuncu rekvizit 125 min dollara satılıb. Bu əşyaların yeni sahiblərinin adları açıqlanmayıb.
Alıcıların əldə etdikləri digər auksion əşyalarına “Kingpin”dən qırmızı qızılgüllərlə boulinq topu (350.000 dollar) və “Hörümçək Adam 3”dən Tobey Maguirenin qara kostyumu (125.000 dollar) daxildir.
24 İyul 15:05
1 582
24 İyul 13:19
1 743
23 İyul 15:51
2 156