Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Azərbaycan Prezidenti: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq
Prezident: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
Dövlət başçısı: Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb
6 Avqust 2024 19:06
7 917
“Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının nəzdində "Vətən" musiqi qrupu Polşada keçirilən “Podlaski Oktawa Kultur" Beynəlxalq festivalında Azərbaycanı uğurla təmsil edib. Festival artıq 16-cı dəfədir Polşada keçirilir. Festivala Polşa Mədəniyyət Nazirliyi, Podlaski Mədəniyyət Mərkəzi, Polşa Dövlət Televiziyası, Bialistok radiosu və Bialistok Bələdiyyəsi təşkilatçılıq edir.
AZƏRTAC xəbər verir ki, "Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının dəstəyi ilə musiqiçilərimiz - xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, nağara ifaçısı Səyyar Teymurov Polşanın bir sıra şəhərlərində davamlı olaraq konsertlər və ustad dərsləri keçiblər.
Ən böyük konsert isə Bialistok şəhərinin mərkəzi küçəsində gerçəkləşib. Təxminən 2000 tamaşaçının qarşısında çıxış edən musiqiçilərimiz əvvəlcə onları Polşa dilində salamlayıb. Tamaşaçılar Azərbaycan muğam və musiqi əsərlərini onlara sevdirən musiqiçilərimizi ayaq üstə alqışlayıblar.
Konsertdən sonra musiqiçilərimiz Polşa Dövlət Televiziyasına milli paltarlarında olan Xarıbülbülün mənası və Azərbaycan muğamı haqqında ətraflı müsahibə verib, mahnılarımızı Polşa radiosunda səsləndiriblər. Festivala musiqiçilərimizi dəstəkləmək üçün Polşadakı Azərbaycan Diasporunun sədri Sedat Şamilli də qatılıb.
Sonra musiqiçilərimiz Krakovda "Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə möhtəşəm konsert verib, "Qarabağ" mahnısını tamaşaçılarla bir yerdə oxuyublar. "Vətən" musiqi qrupunun hər biri üzvü diplom və qiymətli hədiyyələrlə təltif edilib.
Qeyd edək ki, respublika və beynəlxalq müsabiqələr qalibləri olan təmsilçilərimiz, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridirlər.
25 Sentyabr 17:16
777
25 Sentyabr 12:00
1 414
24 Sentyabr 22:46
980