Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
9 Dekabr 2024 16:56
7 308
ABŞ-ın məşhur pop ulduzu Taylor Svift beş qitədə 53 şəhəri əhatə edən və 149 konsertdən ibarət dünya miqyaslı “Eras” turunu başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, 34 yaşlı müğənninin turu keçən ilin mart ayında Arizona ştatının Qlendeyl şəhərində başlayıb. Turun finalı isə yağışlı Vankuverdə baş tutub. Müğənni burada tamaşaçılarına bu konsertlərin onun həyatı boyunca ən həyəcanlı, güclü, enerji dolu, intensiv və ən çətin təcrübəsi olduğunu bildirib.
“Eras” turu beynəlxalq səviyyədə diqqət çəkib və 1 milyard dolları keçən bilet satışları ilə tarixdə bir ilkə imza atıb. “The New York Times”ın məlumatına görə, turun sonunda bilet satışlarından əldə olunan gəlir 2.08 milyard dollar təşkil edib. Müğənninin prodüser şirkəti bu rəqəmi təsdiqləyib. Bundan başqa, tur zamanı satılan müxtəlif məhsullardan əlavə 400 milyon dollar gəlir əldə olunduğu təxmin edilir.
17:41
847
29 Oktyabr 23:18
2 422
29 Oktyabr 13:04
1 631