10 Mart 2025 21:13
9 982
Süni tənəffüs dəstəyi ilə təmin olunan xəstənin vəziyyəti kritik ağır olaraq dəyərləndirilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət özəl tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb.
Bir neçə gün öncə Yeni Klinikada stasionar müalicəyə cəlb olunan xəstə ağırlaşma səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Hazırda müalicəsi davam etdirilir.
28 May 12:14
2 205
26 May 16:52
3 017
26 May 16:41
2 464