12:05
252
Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələrinin siyahısı genişləndiriləcək.
Xalqcəbhəsi.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, Dövlət Əməyin Mühafizəsi Fondu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların, müəssisələrin və vətəndaşların könüllü ödəmələri, habelə qanunla nəzərdə tutulan digər mənbələr hesabına təşkil ediləcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, fond müəssisələrin, vətəndaşların könüllü ödəmələri və digər ödənişlər hesabına formalaşdırılır.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Günel Elxan