26 Noyabr 13:32
Bəhruz Məhərrəmov: “Azərbaycana qarşı planlı fəaliyyətlər araşdırılmalıdır”
Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirilir - FOTO
Estoniya XİN rəhbəri: Bakıda səfirlik açacağımıza söz vermişdik, vədimizi yerinə yetirdik
Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb
11:13
182
“Estoniyanın Azərbaycanda səfirliyinin açılması sadəcə diplomatik nümayəndəliyin fəaliyyətə başlaması deyil, ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi istiqamətində qətiyyətimizin bariz göstəricisidir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Nazir səfirliyin açılışını iki ölkə arasındakı münasibətlər baxımından mühüm hadisə kimi qiymətləndirib.
“İlk növbədə, bu mühüm hadisə münasibətilə estoniyalı həmkarımı, səfirliyin bütün əməkdaşlarını və hər birimizi təbrik etmək istəyirəm. Bu qərara görə Estoniya hökumətinə, xüsusilə də əziz dostum, xarici işlər nazirinə təşəkkürümü bildirirəm”, – Ceyhun Bayramov qeyd edib.
XİN başçısı Estoniyanın Azərbaycana təyin olunmuş ilk rezident səfiri Tiina Nirki də təbrik edib, ona və səfirliyin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ceyhun Bayramov vurğulayıb ki, Bakıda Estoniya səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərin daha da inkişafına yeni imkanlar yaradacaq.
“İnanıram ki, artıq Bakı və Tallində fəaliyyət göstərən iki səfirliyin səyləri və fəallığı sayəsində ölkələrimiz arasında əlaqələr, siyasi dialoq və müxtəlif sahələrdə həyata keçirilən çoxsaylı əməkdaşlıq layihələri daha da inkişaf edəcək və genişlənəcək”, – nazir bildirib.
O, Azərbaycan-Estoniya münasibətlərində yeni mərhələnin müsbət nəticələr verəcəyinə ümidvar olduğunu ifadə edib.