2 May 2025 14:47
6 671
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib.
Bu barədə Xalqcebhesi.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri vəzifəsinə təyin olunub.
Cəmil Quliyev 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur. 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına, 2018-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
12:41
707
12:41
735
10 Avqust 11:21
1 316