Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı
Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir
Enerjidən nəqliyyata, təhsildən mənzil təsərrüfatına: Naxçıvanın inkişafında yeni mərhələ - TƏHLİL
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
15 May 2025 12:14
5 271
Mayın 15-də Azərbaycan Turizm Bürosu (ATB) Qazaxıstanın Atırau şəhərində Atırau–Bakı–Atırau birbaşa aviareyslərinin açılışına həsr edilən tədbirdə təqdimat keçirib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində ATB nümayəndəsi tərəfindən keçirilən təqdimatda son dövrlərdə Qazaxıstandan artan maraq nəzərə alınaraq sağlamlıq turizmi, aktiv səyahət, festivallar, konsertlər, eləcə də işgüzar tədbirlər (MICE) və qolf turizminin tanıtımına dair məlumat verilib. 2025-ci ilin ilk dörd ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayında 18 faiz müşahidə olunduğu bildirilib.
Tədbirdə həmçinin “Air Astana” aviaşirkəti, Azərbaycanın "Azertour” turizm şirkəti və “TABIA Group”un nümayəndələri təqdimat keçiriblər.
Qeyd edək ki, mayın 31-dən başlayacaq yeni reys həftədə 3 dəfə olmaqla həyata keçiriləcək. Hazırda isə Astana, Almatı və Aktau şəhərlərindən Bakıya birbaşa uçuşlara mövcuddur.
12:41
651
12:41
679
10 Avqust 11:21
1 274