
ABŞ-ın silah ehtiyatlarına ehtiyacının artması təbii ki ola bilər. Bu ancaq avtomatik olaraq "ABŞ yeni müharibəyə hazırlaşır" anlamına gəlir. Çünki, hazırkı mərhələdə mənzərə daha da mürəkkəb görünür. Ukrayna müharibəsi, İranla müharibə, Yaxın Şərqdə raket hücumları, Çinə qarşı gələcəkdə ehtimal olunan müharibəyə hazırlıq, eyni zamanda ABŞ arsenalına yarana biləcək təzyiqi nəzərə alsaq, ABŞ-ın silah tədarükünü gücləndirməsi anlaşılandır.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Trampın avqustun 6-da Ukraynanın daha çox "Patriot" raketi istəyib, istəməməsi barədə suala cavab verərkən faktiki olaraq "bizə də raketlər lazımdır" mövqeyini ortaya qoyması və həmçinin əvvəlki adminstrasiyanın Ukraynaya çox böyük həcmdə silah, sursat verdiyini bildirməsi bu istiqamətdə bir sıra suallar doğurub. Əslində bu siyasi bəhanə olaraq görülə bilər, çünki, Ukraynanın bu raketlərə böyük ehtiyacı yaranıb. Rusiyanın ballistik raketlərini tutmaq qabiliyyətinə malik ən effektiv sistemlərdən biri "Patriot" lardır. Dünya üzrə isə "Patriot" raketlərinin azalması da müşahidə olunur" - o, qeyd edib.
Ç.Şahbazinin fikrincə, ABŞ-da isə bu raketlərin azalması 65 faiz təşkil edir. Səudiyyə Ərəbistanında 85 faiz və digər ölkələrdə də bu problem yaşanır: "Bu səbəbdən ABŞ istehsalı artırmaq üçün çox böyük həcmdə müqavilələr bağlayır. Bu da" Patriot" raketlərinin böyük həcmdə istehsal olunmasına zərurət deməkdir. Xüsusilə də İranla müharibə ABŞ arsenalına ciddi şəkildə öz ağırlığı ilə təsir edib və bu ciddi amildir. ABŞ uzun müddət böyük miqyaslı quru əməliyyatları aparmayıb. Amma, İranla qarşıdurmada Tomahavk , SM-6, THAAD, JASSM, PrSM və digər yüksək texnologiyalı silahlardan istifadə olunması ehtiyatları sürətlə aşağı salır. Burada həmçinin ehtiyatda nə qədər silahın qalması önəm daşımır. Məsələ burasındadır ki, ABŞ bir neçə ay ərzində istifadə etdiyi yüksək texnologiyalı silahları və raketləri eyni sürətlə əvəz edə bilmək imkanına malik deyil. ABŞ bu səbəbdən indi Ukrayna müharibəsi və İranla müharibədən daha çox Çinlə mümkün görünən və ehtimallar arasında yer alan müharibə haqqında fikirləşir.
Çinlə Tayvan arasında baş verə biləcək qarşıdurma İran və Ukrayna müharibəsindən tamamilə fərqli miqyas tələb edə bilər. Belə müharibə ABŞ üçün çoxsaylı uzaqmənzilli raket və hava hücumlarından müdafiə raketləri deməkdir. Gəmi əleyhinə raketlər, hava-hava raketleri, PUA və əks PUA sistemləri mümkün qədər çox istehsalı lazımdır. Bu baxımdan Trampın Ukrayna ilə bağlı "Patriot" raketlərinin verilib, verilməməsi ilə bağlı açıqlamasında yer alan ritorika və xəbərdarlıq, ABŞ arsenalında olan boşluqları doldurmaq və bu istiqamətdə hər hansı bir problemin gələcəkdə baş verməməsini təmin etməyə hesablanıb, desək daha doğru olardı, nəinki, yeni müharibəyə hazırlaşır, desək.
Bu baxımdan ABŞ 2026-2030-cu illər hərbi hazırlıq planına start verib desək, daha doğru olar və hansı müharibəyə hazırlıq işlərinin getməsi isə əlbəttə ki vəziyyətdən daha çox asılı olacaq".
Cavid