08:18
357
Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altında olan "Caroline Bezengi" tankerində neft sızması baş verib. Gəmi Omanın cənub-qərb sahillərində quruya çıxıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Arab News" qəzeti peyk şəkillərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, neft sızması Ərəb dənizindəki mühafizə olunan təbiət zonasına təsir göstərib.
Uzunluğu 247 metr olan "Caroline Bezengi" tankeri may ayında Qara dəniz limanından yola düşüb. İyunun 8-də gəmi göyərtədə partlayış baş verməsi barədə məlumat göndərib.
Məryəm Quliyeva