Çində güclü tayfun: 1 milyon insan təxliyə edildi Dünya

Çində güclü tayfun: 1 milyon insan təxliyə edildi

Çində baş verən güclü tayfun bir milyondan çox insanın təxliyəsinə səbəb olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Euronews" məlumat verib.

Söhbət "Dolfin" tayfunundan gedir. Nəşrin məlumatına görə, fırtına 1000-dən çox reysinin təxirə salınmasına, bir milyon insanın təxliyə edilməsinə və ən yüksək səviyyəli fövqəladə vəziyyətin elan olunmasına səbəb olub. Hakimiyyət orqanları Vençjou şəhərindən 900 mindən çox sakini təxliyə edib və mindən çox müvəqqəti sığınacaq açıb. Bundan əlavə, Şanxayın iki əsas aeroportunda təxminən 1400, Xançjou aeroportunda isə 270 reys ləğv edilib.

Çinin Milli Meteorologiya İdarəsinin verdiyi məlumata görə, tayfun yerli vaxtla saat 17:30 radələrində Çjezsyan əyalətinin Yuyxuan şəhəri yaxınlığındakı sahilə doğru hərəkət edib. Siklon quruya çatdığı anda onun mərkəzi yaxınlığında küləyin sürəti saatda 150 kilometri ötüb. Çjezsyan əyalətinin mərkəzi və şərq hissələrində 250–500 millimetr yağıntı gözlənilir.

Məryəm Quliyeva